Milli Məclisin keçmiş şöbə müdirləri təltif edildi

Milli Məclisin keçmiş şöbə müdirləri təltif edildi Milli Məclisin keçmiş şöbə müdirləri 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Milli Məclis
23 İyun , 2020 16:39
Milli Məclisin keçmiş şöbə müdirləri təltif edildi
Milli Məclis / Report

Milli Məclisin keçmiş şöbə müdirləri 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla Abasova Adilə Ziyat qızı, Ağayev Aydın Mirzəli oğlu, Quliyev Təlatüm Əliövsət oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

Qeyd edək ki, A.Abasova Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri, A.Ağayev Analitik informasiya şöbəsinin müdiri, Təlatüm Quliyev Milli Məclisdə Ümumi şöbənin müdiri vəzifəsində işləyib.

Son xəbərlər

Orphus sistemi