Milli Məclisin iki deputatına yeni vəzifə veriləcək

Milli Məclisin iki deputatına yeni vəzifə veriləcək Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) iki deputatına vəzifə verilir.
Milli Məclis
25 Yanvar , 2019 09:48
Milli Məclisin iki deputatına yeni vəzifə veriləcək
Report

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) iki deputatına vəzifə verilir.

"Report"un xəbərinə görə, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Məlahət İbrahimqızının, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə Şahin İsmayılovun namizədliyi irəli sürülüb.

Layihə parlamentin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Çingiz Qənizadənin namizədliyi irəli sürülmüşdü. Lakin həmin məsələ baxılmadan saxlanılıb.

Son xəbərlər

Orphus sistemi