Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
"Report"un xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 24 məsələ daxil edilib.
İclasda müzakirə olunacaq məsələlər aşağıdakılardır:
1. “Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş).
2. “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş).
4. “Azərbaycanda 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (ikinci oxunuş).
5. “Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (ikinci oxunuş).
6. “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (ikinci oxunuş).
7. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).
8. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
9. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
10. “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
11. “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
12. “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
13. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
14. “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
15. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
16. Su Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
17. “Milli Məclis deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
18. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
19. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
20. “Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
21. “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
22. Azərbaycanın 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
23. Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi.
24. Hesablama Palatasının 2022-ci il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi.