Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılır

Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılır Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayının artırılması təklif edilir.
Milli Məclis
22 Oktyabr , 2018 17:33
Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılır
Milli Məclis / Report
0 : 00
0 : 00

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayının artırılması təklif edilir.

“Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik olunur.

Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Dəyişikliklə üzvlərin sayı 7-dən 9-a çatdırılır.

Dəyişiklik layihəsində qeyd olunub ki, İntizam komissiyasının iclası onun azı 4 deyil, 7 üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam komissiyasının bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Müvafiq rəy İntizam komissiyasının üzvlərinin 6 səs çoxluğu ilə verilir.

Son xəbərlər

Orphus sistemi