Yuxarı
    Bağlamaq

    Milli Məclisin deputatları QDİƏT Parlament Məclisinin sessiyasında iştirak edirlər

    © Report

    Bakı. 29 noyabr. REPORT.AZ/ Milli Məclisin komitə sədrinin müavinləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında iştirak etmək üçün noyabrın 27-dən Ukraynada səfərdədirlər.

    Parlamentin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Kiyev şəhərində keçirilən toplantıda təşkilati məsələlərlə yanaşı Qara dəniz regionunda iqtisadi böhranın nəticələrinin aradan qaldırılması, gənc ailələrin sosial müdafiəsi, mədəniyyət, təhsil, texnologiya və ekologiya sahəsində mövcud problemlər barədə məsələlər müzakirəyə çıxarılıb.

    Deputatlarımız müzakirə edilən məsələlərə öz münasibətlərini bildirəcəklər.

    Səfər dekabrın 1-də başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi