Milli Məclisin deputatları koronavirus yoxlanışından keçdi

Milli Məclisin deputatları koronavirus yoxlanışından keçdi Milli Məclisin deputatları və əməkdaşlarının koronavirus infeksiyası ilə bağlı növbəti dəfə tibbi müayinədən keçməsi tam başa çatıb.
Milli Məclis
28 Mart , 2020 10:29
Milli Məclisin deputatları koronavirus yoxlanışından keçdi

Milli Məclisin deputatları və əməkdaşlarının koronavirus infeksiyası ilə bağlı növbəti dəfə tibbi müayinədən keçməsi tam başa çatıb.

“Report” xəbər verir ki, müayinədən keçən 121 deputatın və parlamentin digər işçilərinin heç birində koronavirusun əlamətləri aşkarlanmayıb.

Həmçinin koronavirus təhlükəsinə görə parlamentin girişində termovizor qurğusu quraşdırılıb. Məqsəd Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən deputatların hərarətinin yoxlanılmasıdır.

Qeyd edək ki, martın 30-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasda parlamentin plenar iclaslarının onlayn şəkildə keçirilməsinin mümkünlüyü müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi