MM-in Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, tədbirdə Avropa Parlamentinin və İcraiyyə Komitəsinin 2019-2020-ci illər üçün iş proqramı, Avropa və beynəlxalq aləmdə cinsi, reproduktiv sağlamlıq, hüquqların inkişafında mövcud problemlər, uğurlar və diqər aktual mövzular müzakirə olunacaq.
Toplantıda Avropa parlament forumunun icra komitəsinə seçkilər keçiriləcək. Millət vəkili mövzularla bağlı öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər noyabrın 16-da başa çatacaq.