Milli Məclisin deputatı imkansız ailələrə verilən müavinətin azlığına etiraz edib

Milli Məclisin deputatı imkansız ailələrə verilən müavinətin azlığına etiraz edib Bakı. 8 noyabr. REPORT.AZ/ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deputat Aytən Mustafayeva əlillərə, imkansız ailələrə verilən müavinətin azlığına etiraz edib.
Milli Məclis
8 Noyabr , 2018 12:37
Milli Məclisin deputatı imkansız ailələrə verilən müavinətin azlığına etiraz edib

Bakı. 8 noyabr. REPORT.AZ/ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deputat Aytən Mustafayeva əlillərə, imkansız ailələrə verilən müavinətin azlığına etiraz edib.

“Report”un xəbərinə görə, A.Mustafayeva deyib ki, 50-60 manat məblğində olan müavinət artmalıdır.

Onun sözlərinə görə, hər il bu məsələ müzakirə edilsə də, nəticəsi olmur: “Hər il deyirlər ki, büdcə sosialyönlümlüdür. Əlil, pensiya alan yaşlı insan bunu hiss etmir. Pensiyaçı hər il 5-10 manat artımla nəsə edə bilmir, 144 manat pensiya alan həmin pulu yalnız kommunal xərclərə ödəyir, bu, dərmanlara da çatmır”.

Deputat maliyyə naziri Samir Şərifovun “Azərbaycanı uşaqlara görə müavinətin verilməsi ilə bağlı digər ölkələrlə müqayisə etmək olmaz” fikrinə də münasibət bildirib: “Nazir deyir ki, Azərbaycanı Belarusla müqayisə etmək olmaz. Azərbaycan geostrateji layihələrin həm təşəbbüskarı, həm də maliyyəçisidir. Azərbaycan heç də yazıq ölkə deyil. 10 milyon əhalisi olan Azərbaycan qüdrətli ölkədir”.

Son xəbərlər

Orphus sistemi