Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək Milli Məclisin deputatı Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) tədbirlərində iştirak etmək üçün martın 3-dən 4-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.
Milli Məclis
2 Mart , 2020 10:50
Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) tədbirlərində iştirak etmək üçün martın 3-dən 4-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.

Bu barədə “Report”a Milli Məclisin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Reqlament üzrə işçi qrupunun toplantısında QDİƏT PM-nin Nizamnaməsinə təklif olunan dəyişikliklər barədə məsələyə baxılacaq. Təşkilatın Parlament Məclisinin Daimi Komitəsinin xüsusi iclasında bununla bağlı müzakirələr aparılacaq.

Deputat yığıncaqlarda çıxış edəcək, məsələyə dair öz fikirlərini açıqlayacaq.

Son xəbərlər

Orphus sistemi