Azərbaycanlı deputatlar Baltik Assambleyasının sessiyasında iştirak edir

Azərbaycanlı deputatlar Baltik Assambleyasının sessiyasında iştirak edir Latviyanın paytaxtı Riqa şəhərində Baltik Assambleyasının 38-ci sessiyası keçirilir.
Milli Məclis
2 Dekabr , 2019 15:33
Azərbaycanlı deputatlar Baltik Assambleyasının sessiyasında iştirak edir

Latviyanın paytaxtı Riqa şəhərində Baltik Assambleyasının 38-ci sessiyası keçirilir. 

“Report” xəbər verir ki, tədbirdə Azərbaycanı Milli Məclisin GUAM Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli, eyni zamanda deputat Əli Məsimli və Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Rüstəm Mahmudov təmsil edir.

A.Kərimli sessiyada çıxışı zamanı GUAM Parlament Assambleyası ilə Baltik Assambleyası arasında qarşılıqlı əlaqələrdən, Milli Məclisin beynəlxalq fəaliyyətindən danışıb. 

Eyni zamanda deputat qarşılıqlı faydalı əməkdaşlığın zəruri olduğunu bildirib: “Ölkələr arasında münasibətlərdə parlament diplomatiyasının fəallığı vacibdir. Biz eyni zamanda parlamentlərarası işçi qruplarının əlaqələrinin gücləndirilməsinin vacib olduğunu hesab edirik".

Son xəbərlər

Orphus sistemi