Yuxarı

Milli Məclisin deputatları AŞPA-nın komissiya iclaslarında iştirak edəcək

Milli Məclisin daha iki deputatı AŞPA-nın iclaslarında iştirak etmək ü

Milli Məclisin (MM) deputatı Ülviyyə Ağayeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət komitəsinin iclasında iştirak etmək üçün mayın 25-dən 30-dək Parisdə səfərdə olacaq.

MM-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda "Yeni media mühitində media təhsili, "Rəqəmsal erada təhsilin rolu", "Texnologiyada və elmdə sürətli inkişafın etik aspektləri", "Yəhudi mədəni irsinin qorunması", "Avropada universitetlərə muxtariyyətin və akademik azadlığın verilməsi" və digər mövzularda müzakirələr aparılacaq.

Deputat müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, münasibətini bildirəcək.

Milli Məclisin daha bir deputatı Sahibə Qafarova isə AŞPA-nın Məcburi köçkünlər və miqrasiya komitəsinin iclasında iştirak etmək üçün mayın 26-dan 30-dək İsveçrənin Sürix şəhərində səfərdə olacaq. Tədbirdə "İsveçrədəki miqrantların, qaçqın və məcburi köçkünlərin inteqrasiyası və vəziyyəti", "Uşaq köçkünlərin polis nəzarətinə alınmasına son verilməsi", "Miqrant uşaqlara qarşı zorakılığın dayandırılması", "Avropadakı qaçqın düşərgələrində dini azlıqlara qarşı diskriminasiya və zorakılıq" mövzularında fikir mübadiləsi aparılacaq.

İclasda deputat Sahibə Qafarovanın “Müşayiətsiz və tənha miqrant uşaqların effektiv himayəyə ehtiyacı” mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi