Milli Məclisin dekabrın 24-də keçiriləcək iclasının gündəliyi açıqlandı

Milli Məclisin dekabrın 24-də keçiriləcək iclasının gündəliyi açıqlandı Milli Məclisin dekabrın 24-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
Milli Məclis
22 Dekabr , 2020 10:29
Milli Məclisin dekabrın 24-də keçiriləcək iclasının gündəliyi açıqlandı

Milli Məclisin dekabrın 24-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

"Report"un məlumatına görə, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

2. "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

3. "İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

4. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

5. "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

6. "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)

7. ”Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

8. ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

9. ”Sosial Müavinətlər haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Son xəbərlər

Orphus sistemi