Milli Məclisin bitərəf deputatları MSK üzvlüyünə namizədləri müəyyənləşdirir

Milli Məclisin bitərəf deputatları MSK üzvlüyünə namizədləri müəyyənləşdirir Bu gün Milli Məclisin bitərəf deputatlarının iclası keçiriləcək
Milli Məclis
22 Aprel , 2021 09:31
Milli Məclisin bitərəf deputatları MSK üzvlüyünə namizədləri müəyyənləşdirir

Bu gün Milli Məclisin bitərəf deputatlarının iclası keçiriləcək.

“Report”un əldə etdiyi məlumata görə, iclasda üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatları Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq 6 namizədini müəyyənləşdirəcək.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən, Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi