Yuxarı

Milli Məclisin Aqrar siyasət komitəsinin qanunverici işlər planı təsdiqlənib

Bakı. 26 yanvar. REPORT.AZ/ Milli Məclisin Aqrar siyasət komitəsinin 2018-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

“Report”un xəbərinə görə, komitə sədri Eldar İbrahimov hesabatla çıxış edib, ötən ilin payız sessiyasında görülən işlər barədə məlumat verib.

O, yaz sessiyasının qanunverici işlər planını təqdim edib. E.İbrahimov bildirib ki, qanunverici işlər planında “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” və bir sıra qanunlara dəyişiklik layihələri var.

İclasda “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik edilməsi müzakirə olunub. 

Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi