Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamenti və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkil etdiyi tədbirdə Azərbaycan, Belarus, Ukrayna, Litva, Moldova və Ermənistan parlamentlərinin nümayəndələri iştirak edirlər.
Azərbaycanı tədbirdə Milli Məclis Aparatının Analitik-informasiya şöbəsinin baş məsləhətçisi Anar Əkbərov və İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Elnur Nuriyev təmsil edirlər.
Acarıstan MR-in Ali Şurasının sədri Davit Qabaidze bildirib ki, seminar “Şərq tərəfdşlığı” ölkələri üçün kommunikasiya üçün əlverişli platformadır. O, seminarın təcrübə və fikir mübadiləsi baxımından böyük önəm daşıdığını qeyd edib.
Üç gün davam edəcək seminarda ictimaiyyətlə əlaqələr və kommunikasiya mövzusuna həsr olunmuş sessiyalar təşkil olunacaq.




