Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclası keçirilib.
"Report" xəbər verir ki, toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları, həmçinin TÜRKPA-nın nümayəndələri iştirak ediblər.
İclasda "TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması"na dair komissiya iclasının hesabat məruzəsinin layihəsi, "TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması"na dair komissiya iclasının tövsiyə qərarlarının layihəsi, "Reproduktiv sağlamlığın qorunması haqqında" model qanun layihəsi müzakirə edilib.
Sonda komissiyanın 9-cu iclasının Qazaxıstanda keçirilməsi qərarlaşdırılıb.
Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclası keçirilir.
"Report" xəbər verir ki, toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları, həmçinin TÜRKPA-nın nümayəndələri iştirak edirlər.
İclasda "TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması"na dair komissiya iclasının hesabat məruzəsinin layihəsi, "TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması"na dair komissiya iclasının tövsiyə qərarlarının layihəsi, "Reproduktiv sağlamlığın qorunması haqqında" model qanun layihəsi, komissiyanın 9-cu iclasının yeri, tarixi və gündəliyi ilə yanaşı bir sıra məsələlərin müzakirəsi gözlənilir.