Milli Məclisdə təcili tibbi yardım işçilərinə qarşı edilən zorakılıq məsələsi qaldırılıb

Milli Məclisdə təcili tibbi yardım işçilərinə qarşı edilən zorakılıq məsələsi qaldırılıb “Bir neçə gün öncə Bərdədə təcili tibbi yardımın işçilərinə zorakılıq olub. Bu, səhiyyə işçilərinə çox mənfi psixoloji təsir bağışlayır”.
Milli Məclis
13 İyun , 2019 13:50
Milli Məclisdə təcili tibbi yardım işçilərinə qarşı edilən zorakılıq məsələsi qaldırılıb
Milli Məclis / Report

“Bir neçə gün öncə Bərdədə təcili tibbi yardımın işçilərinə zorakılıq olub. Bu, səhiyyə işçilərinə çox mənfi psixoloji təsir bağışlayır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi deputat Rəşad Mahmudov deyib.

O qeyd edib ki, iş başında təcili tibb yardım işçilərinə edilən zorakılıq polis əməkdaşına, dövlət məmuruna edilən zorakılıq kimi qiymətləndirilməlidir: “Bu, nəzərə alınmalıdır. Qonşu ölkələrdə təcili tibbi yardım işçiləri ilə bağlı nümunələr var. Bu məsələ qısa zaman ərzində həll edilməlidir, yəni qanunvericiliyə dəyişiklik olunması məqsədəuyğundur”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deyib ki, həkimlərin və pasiyentlərin hüquqlarının qorunması ilə bağlı yeni qanun layihəsi hazırlanıb: “Yaxın günlərdə müzakirəyə çıxarılacaq. Rəşad Mahmudovun dediyi məsələlər həmin layihədə əksini tapacaq”.

Son xəbərlər

Orphus sistemi