Milli Məclisdə Qarabağ zəfərinin ildönümünə həsr olunan konfrans keçirilib

Milli Məclisdə Qarabağ zəfərinin ildönümünə həsr olunan konfrans keçirilib Milli Məclisdə Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinin 1-ci ildönümünə həsr olunmuş Zəfər bayramı adlı konfrans keçirilir.
Milli Məclis
22 Oktyabr , 2021 13:55
Milli Məclisdə Qarabağ zəfərinin ildönümünə həsr olunan konfrans keçirilib
0 : 00
0 : 00

Bu gün Milli Məclisdə Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinin 1-ci ildönümünə həsr olunan "Zəfər bayramı" adlı konfrans keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə deputatlar, dövlət qurumlarının nümayəndələri, qazilər, hərbi ekspertlər iştirak ediblər.  

Konfransda Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə, ordu quruculuğu sahəsində görülən işlər, işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə müzakirələr aparılıb. 

13:05

“Bizi Qələbəyə aparan yolun başlanğıcında ulu öndər Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti dayanır. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin sədri Ziyafət Əsgərov komitənin oktyabrın 22-də Qarabağ zəfərinin ildönümü ilə bağlı təşkil etdiyi konfransda deyib.

O bildirib ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edib: “Ona görə də bu barədə çox danışacağıq və danışmağa sözümüz də çoxdur”.

Daha sonra çıxış edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə deyib ki, Azərbaycanda indi yaşayan insanlar xoşbəxt nəslin nümayəndələridir: “Biz qəhrəman xalqıq. Çünki torpaqlarımızı düşmən tapdağından azad etmişik. Azərbaycan Ordusu çox güclüdür və daha da güclənəcək. Orduda, döyüş meydanında sərkərdənin, Ali Baş Komandanın olması mühüm şərtdir. Xoşbəxtik ki, Silahlı Qüvvələrimizin Prezident İlham Əliyev kimi müdrik sərkərdəsi var”.

Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam etdirdiyni diqqətə çatdıran hərbi ekspert bildirib ki, Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasına çıxmasına nail ola bilib. Qələbəmizin də əsasında məhz bu amil dayanır.

Ş.Ramaldanov qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın döyüş taktikası dəyişdi, amma Ermənistanın taktikası 1990-cı illərdə olduğu kimi idi.

12:00

Milli Məclisdə Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinin 1-ci ildönümünə həsr olunan "Zəfər bayramı" adlı konfrans keçirilir.

"Report"un xəbərinə görə, toplantını parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi təşkil edib.

Tədbirdə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə, işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə müzakirələr aparılır.

Konfransda Milli Məclisin deputatları ilə yanaşı, Dövlət Sərhəd Xidmətinin Şəxsi heyət üzrə Baş idarənin rəisi Qinyaz Qaralov, hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov və qazi Nicat Zalov və digərlər şəxslər iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi