Milli Məclisdə müəllimlərin sertifikatlaşdırılması ilə bağlı dinləmə keçiriləcək

Milli Məclis
  • 13 dekabr, 2022
  • 13:04
Milli Məclisdə müəllimlərin sertifikatlaşdırılması ilə bağlı dinləmə keçiriləcək

Dekabrın 15-də Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçiriləcək.

Bu barədə "Report"a parlamentdən məlumat verilib.

Dinləmədə sahə mütəxəssisləri, ekspertlər, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edəcəklər.