Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, müzakirələrdən sonra Milli Məclis tərəfindən MSK-nın tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsi qəbul edilib.
Bununla da MSK-nın yeni tərkibi formalaşdırılıb, ehtiyat üzvləri təsdiqlənib.
Beləliklə, MSK-nın yeni tərkibi aşağıdakı üzvlərdən ibarətdir.
Məzahir Pənahov
Rövzət Qasımov
Hüseyn Paşayev
Şaitdin Əliyev
Ramiz İbrahimov
Validə Kazımova
İlham Məmmədov
Nizami Nadirxanlı
Fuad Cavadov
Qabil Orucov
Arifə Muxtarova
Nailə Əsgərova
Bəxşeyiş Əsgərov
Etibar Quliyev
Mikayıl Rəhimli
Almas Qəhrəmanlı
Tofiq Həsənov
İlkin Şahbazov
Aydın Muradov (ehtiyat üzv)
Surəddin Hümbətov (ehtiyat üzv)
Niyaməddin Orduxan (ehtiyat üzv).
Milli Məclisin plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirə edilir.
“Report”un xəbərinə görə, geniş məlumat verildikdən sonra deputatlar məsələ haqqında fikirlərini bildirəcəklər.
Daha sonra isə MSK üzvlüyünə təqdim edilmiş şəxslər Milli Məclis tərəfindən seçiləcək. Bununla da MSK yenidən formalaşdırılacaq.
Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.
MSK üzvlüyünə təqdim edilmiş şəxslər aşağıdakılardır:
Milli Məclisdə çoxluq təşkil edən hakim partiyanı - Yeni Azərbaycan Partiyasını MSK-da təmsil edən namizədlər aşağıdakılardır:
Məzahir Pənahov
Rövzət Qasımov
Hüseyn Paşayev
Şaitdin Əliyev
Ramiz İbrahimov
Validə Kazımova
Surəddin Hümbətov (ehtiyat üzv)
Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarının (bitərəf) MSK üzvlüyünə namizədləri aşağıdakılardır:
İlham Məmmədov
Nizami Nadirxanlı
Fuad Cavadov
Qabil Orucov
Arifə Muxtarova
Nailə Əsgərova
Aydın Muradov (ehtiyat üzv)
Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MSK üzvlüyünə namizədləri isə aşağıdakılardır:
Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov
Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı
Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov
Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov
Niyaməddin Orduxan (ehtiyat üzv).