Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təsdiqləyib - YENİLƏNİB

Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təsdiqləyib - YENİLƏNİB Milli Məclisin bu gün keçirilən plenar iclasında insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələ müzakirə edilir.
Milli Məclis
12 May , 2023 12:12
Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təsdiqləyib - YENİLƏNİB
Seyfulla Əzimov

Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təsdiqləyib. 

“Report”un məlumatına görə, təqdimat zamanı bildirilib ki, illik məlumatda insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumunun, Ali Məhkəmənin, Baş Prokurorluğunun, 28 mərkəzi və 52 yerli icra hakimiyyəti orqanının, Ombudsman Aparatının, aidiyyəti beynəlxalq təsisatların müvafiq sahəyə aid təhlilləri və fəaliyyətlərinin nəticələri nəzərə alınıb.

Müzakirələrdən sonra illik məlumat səsverməyə çıxarılaraq qəbul edilib.

11:37

Milli Məclisin bu gün keçirilən plenar iclasında insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələ müzakirə edilir.

"Report"un xəbərinə görə, sənədi Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.

Daha sonra isə illik məlumat ətrafında deputatlar çıxış edəcəklər.

Son xəbərlər

Orphus sistemi