Milli Məclis Seyfulla Əzimovun İllik Məlumatını qəbul etdi - YENİLƏNİB
- 23 aprel, 2021
- 09:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələ müzakirəyə çıxarılıb.
“Report”un xəbərinə görə, məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edib.
11:33
Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələ müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, məlumatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.
Məlumat təqdim edildikdən sonra isə deputatlar məsələ ətrafında çıxış edəcəklər.