Milli Məclisin bugünkü iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub.
"Report"un xəbərinə görə, müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunur.
"Report" xəbər verir ki, məruzənin müzakirəsi parlamentin bugünkü plenar iclasının gündəliyinə daxil edilib.
Sənədi ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edir.
Qeyd olunub ki, ötən il bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri daim diqqət mərkəzində olub, dövlət büdcəsindən bələdiyyələrə dotasiya və subvensiya ayrılmaqla göstərilən maliyyə dəstəyinin məbləği artırılaraq ilk dəfə 7 milyon manatı ötüb. Azərbaycanın builki dövlət büdcəsində bu məqsəd üçün 8 milyon manatdan çox vəsait nəzərdə tutulub.
Həmçinin bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik təkmilləşdirilmiş, vətəndaşların hüquqlarının təmin olunması məqsədilə dövlət başçısının sənədsiz tikililərin rəsmiləşdirilməsi barədə tapşırıqlarından, eləcə də bərpa olunan enerji mənbələrindən istifadə sahəsində böyük layihələrin həyata keçirilməsi ilə bağlı fəaliyyətdən irəli gələrək bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə keçirilmədən birbaşa bələdiyyə qərarı ilə ayrılmasını nəzərdə tutan istisna halların dairəsi genişləndirilib.