Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı iclas keçiriləcək

Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı iclas keçiriləcək Sabah – yanvarın 22-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçiriləcək.
Milli Məclis
21 Yanvar , 2021 11:08
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı iclas keçiriləcək

Sabah – yanvarın 22-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçiriləcək.

“Report”un əldə etdiyi məlumata görə, iclasda “Ali təhsil haqqında” yeni qanunun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupun təklifləri dinləniləcək.

Toplantıda Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, Təhsil Nazirliyinin məsul şəxsləri, ali təhsil müəssisələrinin rektorları və təhsil ekspertləri iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi