Milli Məclisdə “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda dinləmə keçirilib

Milli Məclisdə “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda dinləmə keçirilib Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisində Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” silsiləsindən “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda ictimai dinləmə keçirilib.
Milli Məclis
15 Fevral , 2019 17:41
Milli Məclisdə “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda dinləmə keçirilib

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisində Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” silsiləsindən “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda ictimai dinləmə keçirilib.

Parlamentdən “Report”a verilən məlumata görə, tədbirdə dövlət qurumlarının, Bakı şəhər rayonları üzrə icra hakimiyyətlərinin və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı milli mentalitetdən, Azərbaycan dövlətində ailə institutuna verilən dəyərdən danışıb.

Müasir ailələrdə boşanmalar, məişət zorakılığı və s. kimi problemlərin qarşısını almaq üçün qanunvericilik sahəsində görülən işlərdən söz açan A.Naxçıvanlı bildirib ki, ictimai dinləmədə məqsəd bu sahədəki hüquqi bazanı daha da təkmilləşdirməkdir.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, nikahdan öncə tərəflərin mütləq qaydada tibbi müayinədən keçməsi sayəsində son 3 ildə ölkədə talassemiya, hemofiliya kimi qan xəstəlikləri ilə dünyaya gələn uşaqların sayı 45 faiz azalıb.

O vurğulayıb ki, Milli Məclisin payız sessiyasında qəbul edilməsi nəzərdə tutulan “Reproduktiv sağlamlıq haqqında” qanun da ailə modelinin qorunmasında mühüm rol oynayacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mövzu ətrafında çıxış edib.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə “Gənclər siyasəti haqqında” qanuna mühüm dəyişikliklər edildiyini bildirib.

Sonra dinləmədə boşanmalar, qeyri-rəsmi nikahlar, erkən nikahlar, məişət zorakılığı kimi problemlər barədə geniş fikir mübadiləsi aparılıb.

Deputat Tahir Rzayev ailənin qorunmasında mənəviyyatın mühüm rolu olduğunu qeyd edib. İcra hakimiyyəti strukturlarının və QHT-lərin nümayəndələri meditasiya haqqında qanun qəbul edilməsi vacibliyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi