Milli Məclis tezliklə “Reproduktiv sağlamlıq haqqında” qanunu qəbul edə bilər

Milli Məclis tezliklə “Reproduktiv sağlamlıq haqqında” qanunu qəbul edə bilər “Milli Məclisin qarşısında duran vacib məsələlərdən biri tezliklə “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul olunmasıdır”.
Milli Məclis
19 May , 2023 11:14
Milli Məclis tezliklə “Reproduktiv sağlamlıq haqqında” qanunu qəbul edə bilər

“Milli Məclisin qarşısında duran vacib məsələlərdən biri tezliklə “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul olunmasıdır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyinin bütün formalarının ləğv edilməsi üzrə Komitəsinin Azərbaycanla bağlı tövsiyələrində də bu öz əksini tapıb: "Məsələn, nikaha xitam verilmənin əsas səbəblərindən biri də sonsuzluqdur, lakin müasir dövrdə hər bir insanı valideyn edə bilən tibbi üsul - süni və ekstrokorporal mayalanma metodu geniş tətbiq olunur. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də məhz, bu tələblər çərçivəsində hazırlanıb (iki dəfə icbari tibbi sığortanın zəmanət paketi hesabına)”.

Şöbə müdiri bildirib ki, daha ciddi problemlər də mövcuddur: “Məsələn, bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqlarının qorunmaması, ailə üzvlərinin istəyinə əsasən qadının hamiləliyini süni şəkildə dayandırmağa məcbur edilməsi, bəzən də qadının yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edildiyi hallar mütərəqqi müddəalarla zəngin olan qanun layihəsinin qəbulu ilə problemin hüquqi tənzimlənməsini vacib edir. Qanunun əsas özəlliyi də bu problemin həllində ailə planlaşdırmasının əlavə mexanizm kimi təsbit olunmasıdır”.

Son xəbərlər

Orphus sistemi