Milli Məclisdə ötən ilin büdcəsinin icrasının müzakirə ediləcəyi tarix məlum olub

Milli Məclisdə ötən ilin büdcəsinin icrasının müzakirə ediləcəyi tarix məlum olub Milli Məclisdə ötən ilin büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəyə çıxarılacağı vaxt müəyyənləşib.
Milli Məclis
21 May , 2024 12:48
Milli Məclisdə ötən ilin büdcəsinin icrasının müzakirə ediləcəyi tarix məlum olub

Milli Məclisdə "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəyə çıxarılacağı vaxt müəyyənləşib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Bildirilib ki, qanun layihəsi mayın 23-ü parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35 milyard 574,8 milyon manat (2022-ci illə müqayisədə artım 16 %), gəlirlər üzrə plan 105 % icra olunub.

2023-cü ildə dövlət büdcəsinin xərcləri 36 milyard 458,5 milyon manat (artım 13,7 %) təşkil edib, proqnoz 99,5 % icra olunub. 2023-cü il dövlət büdcəsinin kəsiri 883,7 milyon manat və ya ÜDM-in 0,7 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi