Yuxarı

Milli Məclis Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verib - YENİLƏNİB

Bakı. 21 aprel. REPORT.AZ/ Milli Məclis Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verib.

"Report"un məlumatına görə, ölkə parlamenti Azərbaycan Respublikası Konstitusiyasının 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən bu barədə qərar qəbul edib.

Deputatlar onun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər, dövlətçiliyə sadiq şəxs olduğunu qeyd ediblər.


*** 12:00

Milli Məclisin Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinin müzakirəsinə həsr edilən iclası başlayıb.

“Report”un xəbərinə görə, iclasa Oqtay Əsədov sədrlik edir.

Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

Xatırladaq ki, Artur Rasi-zadə 1996-cı ildən ölkənin baş naziridir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi