Milli Məclis neftin qiymətinə yenidən baxa bilər

Milli Məclis neftin qiymətinə yenidən baxa bilər Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanda neftin dövlət büdcəsində nəzərdə tutulan qiymətinə baxıla bilər.
Milli Məclis
120
9 Aprel , 2018 15:39
Milli Məclis neftin qiymətinə yenidən baxa bilər
Milli Məclis / Report

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanda neftin dövlət büdcəsində nəzərdə tutulan qiymətinə baxıla bilər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili “Report”a açıqlamasında bildirib ki, aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra yenidən formalaşan hökumətin tövsiyəsi ilə parlament may ayında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini müzakirə edə bilər: “Dövlət büdcəsinin qəbul edilməsindən sonrakı ötən müddətdə qiymətlərdə sabitlik mövcud olub. Dünya bazarında neftin qiyməti ciddi şəkildə artmayıb. Neftin bir barelinin qiyməti dünya bazarında 60-62 ABŞ dolları arasında dövr edir. Neftin Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan qiymətinin artırılması məsələsinə baxıla bilər. Dövlət büdcəsində nəzərdə tutulan qiymətinin artırılmamasının tərəfdarıyıq. Çünki burada söhbət ilin sonuna qədər olan dövrdən gedir. Hələki ilin 4-cü ayıdır, ilin sonuna neftin qiymətinin hansı səviyyədə olacağını proqnozlaşdırmaq çətindir”.

Qeyd edək ki, Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsində neftin 1 barelinin qiyməti 45 dollar səviyyəsində müəyyənləşdirilib. 

Son xəbərlər

Orphus sistemi