Respublika Günü və Dövlət Müstəqilliyi Gününün adının dəyişdirilməsi ilə bağlı layihə birinci oxunuşda qəbul olunub

Respublika Günü və Dövlət Müstəqilliyi Gününün adının dəyişdirilməsi ilə bağlı layihə birinci oxunuşda qəbul olunub Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
11 Oktyabr , 2021 17:00
Respublika Günü və Dövlət Müstəqilliyi Gününün adının dəyişdirilməsi ilə bağlı layihə birinci oxunuşda qəbul olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

“Report”un xəbərinə görə, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

11.00

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, deputatlar layihə barədə fikirlərini bildirirlər.

Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Son xəbərlər

Orphus sistemi