Milli Məclis İƏTPA-nın Nizamnaməsini təsdiqləyib

Milli Məclis İƏTPA-nın Nizamnaməsini təsdiqləyib Milli Məclisdə Assambleyanın bir şöbəsi yaradılacaq
Milli Məclis
205
27 Aprel , 2021 12:11
Milli Məclis İƏTPA-nın Nizamnaməsini təsdiqləyib

Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Nizamnaməsinin təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, Nizamnamə təsdiq edildikdən sonra İqtisadi Əməkdaşlıq Təşkilatına üzv bütün ölkələrin parlamentlərinə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (İƏTPA) üzv olmaq hüququ verilir.

Sənədə əsasən, Assambleya Ümumi konfrans, İcraedici Şura və Katiblikdən ibarətdir.

Assambleya İƏT-ə üv ölkələrin milli parlamentlərini təmsil edən –spikerlər-sədrlər və deputatlardan ibarət olmalıdır. Hər bir parlamentdə Assambleyanın bir şöbəsi yaradılır və parlamentin spikeri/sədri müvafiq olaraq bu bölmənin rəhbəri olur. Sədr tərəfindən təyin edilən baş katib və ya istənilən digər rəsmi şəxs bu bölmənin katibi olur.

Beləliklə, Nizamnamə təsdiqləndikdən sonra müvafiq olaraq Milli Məclisdə də Assambleyanın bir şöbəsi yaradılmalıdır.

Nizamnamədə qeyd edilib ki, ümumi konfransın təsdiqləməsi ilə istənilən digər bir parlament və ya təşkilata müşahidəçi statusu verilir.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi