Milli Məclis gələn ilin büdcəsini III oxunuşda qəbul edib

Milli Məclis gələn ilin büdcəsini III oxunuşda qəbul edib Milli Məclisin payız sessiyasının bu gün keçirilən növbəti plenar iclasında "2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
3 Dekabr , 2021 11:25
Milli Məclis gələn ilin büdcəsini III oxunuşda qəbul edib

Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında "2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.

11:14

Milli Məclisin plenar iclasında "2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda müzakirə olunur.

"Report"un xəbərinə görə, gələn ilin büdcəsinin göstəricilərini parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.

Toplantıda hökumət üzvləri iştirak edirlər.

Xatırladaq ki, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 816 milyon manat, xərclərinin isə 29 879 milyon manat olacağı gözlənilir. Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur. Son nəticədə büdcədə 3 063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir.
Büdcə gəlirlərinin 25 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin isə 28 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclərdir.

Son xəbərlər

Orphus sistemi