Milli Məclis gələn il üçün ehtiyac meyarının həddini II oxunuşda qəbul edib

Milli Məclis
  • 25 noyabr, 2022
  • 09:19
Milli Məclis gələn il üçün ehtiyac meyarının həddini II oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi II oxunuşda qəbul olunub.

"Report"un xəbərinə görə, layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.