Milli Məclis ehtiyac meyarının artırılmasını II oxunuşda qəbul edib

Milli Məclis ehtiyac meyarının artırılmasını II oxunuşda qəbul edib Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
28 Dekabr , 2020 12:12
Milli Məclis ehtiyac meyarının artırılmasını II oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində müəyyən edilib.

Xatırladaq ki, 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilmişdi.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi