Milli Məclis dünya azərbaycanlılarına müraciət edib

Milli Məclis dünya azərbaycanlılarına müraciət edib Milli Məclisin payız sessiyasının sonuncu plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında məsələ müzakirə edilib.
Milli Məclis
30 Dekabr , 2020 13:19
Milli Məclis dünya azərbaycanlılarına müraciət edib

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında məsələ müzakirə edilib.

“Report” xəbər verir ki, müraciəti deputat Elnur Allahverdiyev təqdim edib.

Müraciətdə deyilir: “Bu il Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğal altında olmasına son qoyulub. Ümummilli lider Heydər Əliyevin vəsiyəti yerinə yetirilib. Bu tarixi zəfərə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz də öz töhfəsini veriblər. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət dövlətimizə çox böyük uğurlar gətirir. Əziz soydaşlarımız, sizi daha sıx birləşməyə çağırır, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirik”.

Son xəbərlər

Orphus sistemi