Bakı. 20 fevral. REPORT.AZ/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Əmək və sosial siyasət komitəsinin birgə iclası keçirilib.
“Report”un xəbərinə görə, iclasda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunlarına, o cümlədən Seçki Məcəlləsinə dəyişiklik layihələri müzakirəyə çıxarılıb.
Bildirilib ki, bu qanunlar “Əmək pensiyaları haqqında” qanuna uyğunlaşdırılır.
Sonda dəyişiklik layihələri plenar iclasa tövsiyə olunub.