Milli Məclis Azərbaycanla Özbəkistan arasında imzalanan sənədə dəyişiklik edib

Milli Məclis
  • 02 oktyabr, 2023
  • 08:42
Milli Məclis Azərbaycanla Özbəkistan arasında imzalanan sənədə dəyişiklik edib

Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, layihəyə əsasən, Fond Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond) adlanacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.