Parlament Azərbaycanla Özbəkistan arasında imzalanan sazişi təsdiqləyəcək

Parlament Azərbaycanla Özbəkistan arasında imzalanan sazişi təsdiqləyəcək Milli Məclis Azərbaycanla Özbəkistan arasında beynəlxalq avtomobil əlaqələri ilə bağlı sazişi təsdiqləyəcək.
Milli Məclis
19 Sentyabr , 2022 11:04
Parlament Azərbaycanla Özbəkistan arasında imzalanan sazişi təsdiqləyəcək

Milli Məclis Azərbaycanla Özbəkistan arasında beynəlxalq avtomobil əlaqələri ilə bağlı sazişi təsdiqləyəcək.

“Report”un xəbərinə görə, bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Toplantıda deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə edəcəklər.

Müzakirələrdən sonra sənədin parlamentin plenar iclasına tövsiyə olunması gözlənilir.

Son xəbərlər

Orphus sistemi