Milli Məclis Azərbaycanla İraq arasında sazişi ratifikasiya edib.
"Report"un xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.