Milli Məclis artıq ödənilmiş əmək pensiyaları ilə bağlı qanuna dəyişiklikləri I oxunuşda qəbul edib

Milli Məclis artıq ödənilmiş əmək pensiyaları ilə bağlı qanuna dəyişiklikləri I oxunuşda qəbul edib Milli Məclis artıq ödənilmiş əmək pensiyaları ilə bağlı qanuna dəyişiklikləri I oxunuşda qəbul edib.
Milli Məclis
30 Sentyabr , 2022 16:16
Milli Məclis artıq ödənilmiş əmək pensiyaları ilə bağlı qanuna dəyişiklikləri I oxunuşda qəbul edib

Milli Məclis artıq ödənilmiş əmək pensiyaları ilə bağlı qanuna dəyişiklikləri I oxunuşda qəbul edib.

"Report"un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna yeni maddənin əlavə edilməsi təklif olunub.

Yeni maddəyə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısından yalnız aşağıdakı hallarda məhkəmə qaydasında tutulur:

1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;

2. qəsdən təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;

3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

Müzakirələrdən sonra dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi