Milli Məclis Aparatında daha iki kadr dəyişikliyi olub

Milli Məclis Aparatında daha iki kadr dəyişikliyi olub Milli Məclis Aparatında kadr dəyişiklikləri olub.
Milli Məclis
1 Fevral , 2021 16:43
Milli Məclis Aparatında daha iki kadr dəyişikliyi olub

Milli Məclis Aparatında kadr dəyişiklikləri olub.

“Report”un xəbərinə görə, Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin Yerli və mərkəzi icra orqanları ilə iş sektorunun müdiri Emin İmanov İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdir müavini təyin edilib.

Bundan əlavə, Milli Məclis Aparatının Katibliyinin keçmiş rəisi İlqar Əliyev Milli Məclisin Komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini təyin olunub.

Qeyd edək ki, hazırda Milli Məclis Aparatının Katibliyinin rəisi Teymur Tağıyevdir.

Son xəbərlər

Orphus sistemi