Milli Məclis Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədrinin bəyanatına etirazını bildirib

Milli Məclis Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədrinin bəyanatına etirazını bildirib Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri Maykl Rotun İrəvana səfəri zamanı verdiyi qeyri-obyektiv, mövcud reallıqları təhrif edən bəyanatları təəssüf doğurur.
Milli Məclis
23 Oktyabr , 2023 21:34
Milli Məclis Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədrinin bəyanatına etirazını bildirib

Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri Maykl Rotun İrəvana səfəri zamanı verdiyi qeyri-obyektiv, mövcud reallıqları təhrif edən bəyanatları təəssüf doğurur.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin etiraz bəyanatında bildirilib.

"Növbəti dəfə Ermənistan rəhbərliyinin havadarlarının öz yalan iddiaları ilə beynəlxalq ictimaiyyəti aldatmasının şahidi oluruq.

Təəssüflər olsun ki, Almaniya Bundestaqındakı destruktiv qüvvələrin təsiri və təzyiqi Azərbaycana qarşı bu cür qeyri-obyektiv addımların atılmasına və bəyanatların səsləndirilməsinə rəvac verir. Bu fakt öz-özlüyündə həmin bəyanatlarda irəli sürülən iddiaların nə dərəcədə əsassız olduğunu bariz şəkildə nümayiş etdirir.

Verilən bəyanatlar bir sıra məqamlarına görə, xüsusilə narazılıq doğurur. Azərbaycanın Qarabağ bölgəsinin adının təhrif edilməsini ölkəmizin ərazi bütövlüyünə qarşı atılmış addım kimi qəbul edirik. Almaniya Bundestaqına BMT-nin ixtisaslaşmış qurumlarının bölgəyə iki dəfə səfər etdiyini və mülki əhaliyə qarşı heç bir zorakılıq hallarının baş vermədiyini öz hesabatlarında təsdiqlədiyini xatırlatmaq istərdik. Biz, öz növbəmizdə, almaniyalı həmkarımızın Ermənistanın 30 il ərzində Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərlə bağlı, o cümlədən həm Ermənistanda, həm də Azərbaycanda mədəni abidələrin dağıdılması, tarixi irsin silinməsinə görə Ermənistana sanksiyaların tətbiq olunması üçün çağırış etmədiyi halda, Azərbaycanı sanksiyalarla hədələməsini siyasi riyakarlıq kimi qiymətləndirir, ikili standartların bariz nümunəsi kimi qəbul edirik.

Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rotun verdiyi bəyanatları bir daha qətiyyətlə rədd edirik”, - bəyanatda vurğulanır.

Son xəbərlər

Orphus sistemi