Məzahir Pənahov: "Seçki pozuntusu ilə bağlı MSK-ya müraciət daxil olarsa baxılacaq"

Məzahir Pənahov: "Seçki pozuntusu ilə bağlı MSK-ya müraciət daxil olarsa baxılacaq" İndiyədək sayılmış bülletenlərin sayı 2 milyon 692 min 978-dir
Milli Məclis
2 Noyabr , 2015 01:22
Məzahir Pənahov: Seçki pozuntusu ilə bağlı MSK-ya müraciət daxil olarsa baxılacaq

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycanda parlament seçkilərində səsvermənin nəticələri ilə bağlı 125 seçki dairəsi üzrə ümumlikdə 5 056 seçki məntəqəsi Mərkəzi Seçki Komissiyasına (MSK) hesabat verib.

“Report”un xəbərinə görə, bu barədə MSK Məzahir Pənahov məlumat verib.

O bildirib ki, indiyədək sayılmış bülletenlərin sayı 2 milyon 692 min 978-dir.

Onun sözlərinə görə, səsvermədə 5 milyon 198 min 658 seçicidən 2 milyon 897 min 188 nəfər iştirak edib. Bu da ötən parlament seçkilərindən 6 faiz artıqdır.

M.Pənahov qeyd edib ki, veb-kameralar normal qaydada işləyib: “Mərkəzi Seçki Komissiyasına şikayətlər olmayıb. Hər hansı seçki pozuntusu ilə bağlı MSK-ya müraciət daxil olarsa baxılacaq”.

Son xəbərlər

Orphus sistemi