Məscidlərə təyin edilən din xadimi işdən çıxarılanda icma fəaliyyətini dayandırmayacaq

Məscidlərə təyin edilən din xadimi işdən çıxarılanda icma fəaliyyətini dayandırmayacaq Azərbaycanda məscidlərə təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə dini icma öz dini fəaliyyətini dayandırmayacaq.
Milli Məclis
26 Yanvar , 2022 14:04
Məscidlərə təyin edilən din xadimi işdən çıxarılanda icma fəaliyyətini dayandırmayacaq
0 : 00
0 : 00

Azərbaycanda məscidlərə təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə dini ibadət yerinin və ziyarətgahın dini icması öz fəaliyyətini dayandırmayacaq.

"Report"un xəbərinə görə, bu, "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə qanun 8-ci maddəsinin VII hissəsi ləğv edilir.

Qanunun hazırkı variantı isə belədir: "Dini ibadət yerinə və ziyarətgaha təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə, həmin vəzifəyə yeni din xadimi təyin olunanadək dini ibadət yerinin və ziyarətgahın dini icması öz dini fəaliyyətini dayandırır".

Son xəbərlər

Orphus sistemi