Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib İki deputatlığa namizədin şikayəti baxılması üçün DSK-lara göndərilib
Milli Məclis
2 Noyabr , 2015 18:35
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Bakı. 2 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

“Report”un məlumatına görə, iclasda noyabrın 1-də keçirilən Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.

Şikayətlərlə bağlı MSK katibi Arifə Muxtarova, MSK üzvləri Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov məlumat veriblər.

53 saylı Quba-Qusar Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Tərlan Şəfiyev səsvermə günü bu seçki dairəsinin 7, 8 və 10 saylı məntəqələrində qanun pozuntusunun olduğunu iddia edib. Onun müraciəti baxılması üçün DSK-ya göndərilib.

Sonra 32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Mehriban Zeynalovanın şikayətinə baxılıb. Onun da şikayəti baxılması üçün DSK-ya göndərilib.

Son xəbərlər

Orphus sistemi