Ləğv edilən normativ hüquqi aktların adlarının göstərilməməsinə yol verilən hallar müəyyənləşib

Milli Məclis
  • 30 dekabr, 2022
  • 07:55
Ləğv edilən normativ hüquqi aktların adlarının göstərilməməsinə yol verilən hallar müəyyənləşib

Dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktların adlarının göstərilməməsinə yol verilən hallar müəyyən olunub.

"Report"un xəbərinə görə, bununla bağlı “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə layihə sonuncu - III oxunuşda Milli Məclisdə qəbul edilib.

Layihə normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi və effektivliyinin təmin edilməsi, normayaratma texnikasının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, normativ hüquqi aktların yalnız layihələrinin hazırlanması deyil, eyni zamanda onların razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydasının xüsusiyyətlərinin, onlar üçün texniki-hüquqi tələblərin müvafiq qaydalarla müəyyən edilməsi təklif edilir.

Bundan başqa, 2024-cü il yanvarın 1-dən normativ hüquqi aktın layihəsinin hazırlanması, razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

Konstitusiya qanunu layihəsində, həmçinin dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktların adlarının göstərilməməsinə yol verilən hallar müəyyən olunur.

44 filmi