Laçın rayonunun işğaldan azad olunmuş ərazisində fərdi yaşayış evlərinin, modul tipli məktəblərin tikintisinə 347 milyon manatdan çox vəsait istifadə olunub.
“Report”un xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, Laçın rayonunun işğaldan azad olunmuş ərazisində fərdi yaşayış evlərinin, modul tipli məktəblərin tikintisi və bu kimi digər zəruri xərclərin tənzimlənməsi üçün 347,6 milyon manat və ya faktiki icra olunmuş dövlət büdcəsi xərclərinin 1,1 faizi məbləğində maliyyə təminatı yaradılmaqla istifadə olunub.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4311,0 milyon manat vəsait ayrılıb.