Komitə sədri: Regionlarda ilkin tibbi xidmət göstərən məntəqələrin maddi-texniki bazası yoxdur

Milli Məclis
  • 18 oktyabr, 2024
  • 10:10
Komitə sədri: Regionlarda ilkin tibbi xidmət göstərən məntəqələrin maddi-texniki bazası yoxdur
Əhliman Əmiraslanov

Regionlarda fəaliyyət göstərən ilkin tibbi xidmət göstərən məntəqələrin maddi-texniki bazası demək olar yoxdur, yaxud bərbad haldadır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədri həmin tibb müəssisələrində müşahidə olunan ikinci problemin kadr çatışmazlığı olduğuna diqqət çəkib.

O qeyd edib ki, dekabr ayında parlamentdə bu sahə üzrə aidiyyəti dövlət qurumlarının rəhbər heyətinin və ekspertlərinin iştirakı ilə dinləmə keçirilməsi nəzərdə tutulur.

44 filmi