Komitə sədri: "Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur"

Komitə sədri: "Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur" "Bu gün ölkədə vaksin çatışmazlığı yoxdur"
Milli Məclis
27 Aprel , 2021 12:52
Komitə sədri: Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur

"Azərbaycana daha 5 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu gün ölkədə vaksin çatışmazlığı yoxdur: “Sadəcə olaraq, vaksin olunmaq istəyən vətəndaşların sayı azdır. Biz hər birimiz inanların vaksinasiyaya cəlb olunması istiqamətində maarifləndirmə işində fəal iştirak etməliyik. Hazırda Azərbaycanda 40 yaşdan yuxarı vətəndaşların vaksinasiyası aparılır. Güman edirik ki, yaxın vaxtlarda 40 yaşından aşağı vətəndaşların da vaksinasiyasına başlanılacaq”.

Son xəbərlər

Orphus sistemi