Katib: "İntizam komissiyası Qüdrət Həsənquliyevin məsələsinə baxa bilər"

Katib: "İntizam komissiyası Qüdrət Həsənquliyevin məsələsinə baxa bilər" “Qüdrət Həsənquliyev uzun illərdir ki, Milli Məclisin deputatı kimi fəaliyyət göstərir. Onun məlum çıxışı hər kəsdə təəccüb doğurur”.
Milli Məclis
2184
23 Sentyabr , 2020 16:01
Katib: İntizam komissiyası Qüdrət Həsənquliyevin məsələsinə baxa bilər
Qüdrət Həsənquliyev
0 : 00
0 : 00

“Qüdrət Həsənquliyev uzun illərdir ki, Milli Məclisin deputatı kimi fəaliyyət göstərir. Onun məlum çıxışı hər kəsdə təəccüb doğurur”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.

O bildirib ki, Milli Məclisin İntizam komissiyasında Qüdrət Həsənquliyevin məsələsinə baxıla bilər:

“Bununla bağlı komissiya üzvləri öz aramızda məsləhətləşmə apararaq məsələyə baxa bilərik”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində qeyd edib ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev “Azərbaycan Ordusunun Ermənistan baş nazirinin həyat yoldaşını əsir götürmək üçün səbirsizliklə gözləyir” fikrinə görə dövlət məmuru olsaydı, Prezident tərəfindən cəzalandırılaraq vəzifəsindən azad edilərdi: “Ümid edirik ki, hakimiyyətin qanunverici qanadı olan Milli Məclis tərəfindən qanunda təsbit olunmuş qaydada müvafiq tədbirlər görüləcək”.

Son xəbərlər

Orphus sistemi